az en ru
 HAQQIMIZDA

Yerləşmə mövqeyi

Premium səviyyəli Reges Park yaşayış kompleksi Bakı Ağ Şəhər layihəsinin mərkəzi olan Fəvvarələr Meydanı rayonunda yerləşir. Bu rayon piyada körpüsü vasitəsilə dənizkənarı bulvardakı ticarət və əyləncə mərkəzi ilə birləşən 7 mərtəbəli yaşayış kompleksləri sırası kimi layihələndirilib. Kompleksin əlverişli yerləşmə mövqeyi Nobel prospektinə rahat keçidi təmin edərək, oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Fəvvarələr Meydanı rayonunun cənub hissəsində Nobel prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.

Rahatlıq

Premium səviyyəli Reges Park yaşayış kompleksinin gəzinti məsafəsində yerləşən Dənizkənarı Bulvar, Baku City Mall, Fransız liseyi, Boulevard Hotel və yüksək səviyyəli biznes mərkəzləri gələcək sakinlər və qonaqlar üçün gözəl mühit yaradır.

Modern üslub

Premium səviyyəli Reges Park yaşayış kompleksinin modern üslubda işlənmiş 7 mərtəbəli binası ATKINS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Planın memarlıq tələbləri və texniki şərtlərinə əsasən aparılır. Reges Park yaşayış kompleksinin mənzillərinin hər iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur – bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və hamam otaqlarıdır.

ƏLAQƏ

Telefon: +994 559130000
Telefon: +994 125253555

1st Favvaralar str 1, Baku, Azerbaijan

office@reges.az

Plan A

Evlər kvadratmetrlərə uyğun olaraq kirayə verilir (3, 4, 5 otaqlar)

Plan B

Evlər otaq sayına uyğun olaraq vahid qiymətə kirayə verilir.

Mənzərə
Ağ şəhər bulvarının yaxınlığında dəniz mənzərəli premium mənzillər
İnfrastruktur
Yaşayış Kompleksində bank, restoran, pub, nargilə və s. idarə və iaşə obyektləri
Parkinq
2 mərtəbəli, müasir standartlara uyğun parkinq ərazisi
Mühafizə
Kompleks ərazisində 24 saat təhlükəsizlik kameraları və mühafizə xidməti
Mərkəzi yollara yaxınlıq
Mərkəzi yollara və Nobel prospektinə birbaşa çıxış imkanı
Ekologiya
Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir